Menu
13 sen 20:47XƏBƏR LENTİ / Gündəm

DGK Gorus-Qafan yolunda İran maşınlarından pul alınmasına münasibət bildirib

Dövlət Gömrük Komitəsi ölkə ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.
Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.
Çap
Oxşar xəbərlər:
"> Azərbaycan polisi Gorus-Qafan yolunda İran maşınlarını yoxlamağa başladı-erməni mediası FOTO "> Azərbaycanda karantin rejimi sərtləşdirilir - Qaydalar açıqlandı "> Azərbaycanda xüsusi rejim tətbiq edilir - Sabahdan "> Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirdi- RƏSMİ "> Bakıda insanlara pul paylayan aparatın sahibinə BÖYÜK ŞOK
Komment Əlavə et
Adınız:
E-Mail:
Şifrə:
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: