Menu
12 sen 23:00XƏBƏR LENTİ / Hadisə

Azərbaycan polisi Gorus-Qafan yolunda İran maşınlarını yoxlamağa başladı-erməni mediası FOTO

Gorus-Qafan avtomagistralının 21 km-lik hissəsinə nəzarət edən Azərbaycan polisi İrana məxsus ağır tonnajlı yük maşınlarını yoxlamağa başlayıb.
Bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, magistral üzərində post quran polisimiz 12 sentyabr, saat 12.00-dan etibarən Eyvazlı kəndi istiqamətində İran maşınlarını saxlayaraq, sənədləri və yükləri yoxlamağa başlayıb.
Qeyd edək ki, İrana məxsus yük maşınlarının Laçın dəhlizi vasitəsilə qanunsuz olaraq Qarabağ ermənilərinə naməlum yüklər daşıması, Azərbaycanı hərəkətə keçməyə vadar edib.(musavat.com)









Çap
Komment Əlavə et