“Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmış hesabat konfransında artıq xitam verilib”.
Bunu “Report”un sorğusuna cavab olaraq Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev deyib.
O bildirib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun pornoqrafik videosu yayılıb. Bu barədə videgörüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, videodanışıq zamanı ekran görüntüsünün qeydə alındığından xəbəri olmayan 67 yaşlı Ramiz Göyüşov qarşı tərəfin pornoqrafik hərəkətlərindən ehtiraslanaraq masturbasiya ilə məşğul olmağa başlayıb.
Etik qaydalara uyğun olaraq videonu tam şəkildə təqdim edə bilmirik:
Çap