Dünyanı təsir altına alan koronavirusun "Delta" ştammı ilə bağlı ingilis alimləri ilginc açıqlama yayıb.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ingilis alimləri "Delta" ştammını araşdırarkən, onun simptomlarını müxtəlif yaş təbəqəsinə görə dəyişdiyini ortaya çıxarıb.
"The Sun" saytının yazdığına görə Oxford Universitetinin alimləri virusun bu ştammının sipmtomlarını yaş qrupları üzrə aşağıdakı kimi ayırd ediblər:
- Yeniyetmələrdə və uşaqlarda tez -tez yüksək hərarət olur.
- 70 yaşdan yuxarı insanlar isə xəstə olduqda tez -tez nəfəs darlığı yaşayırlar.
- Dad və ya qoxu itkisi və boğaz ağrısı gənclər arasında ən çox görülən simptomlardır.
Qeyd edək ilk dəfə Hindistanda görünən və "Delta" adlanan koronavirusun bu növü bütün dünyada yayılmaqda və yoluxma sayını artırmaqda davam edir. Hazırda bu ştammla bağlı ən çox ünvanlanan sual budur - dünyadakı peyvəndlər "Delta" ştammına qarşı nə dərəcədə təsirlidir?
İngilis alimləri "Pfizer-BioNTech" vaksininin "Delta" ştamına qarşı təsirini açıqlayıb. Təxminən 20 min adam arasında aparılan araşdırmaların nəticələrinə görə iki dozalı "Pfizer" peyvəndi "Delta" ştammına qarşı 88 faiz təsirlidir.
"Sinovac" vaksininin də "Delta" ştammına qarşı təsirliyi açıqlanıb. "Sinovac"ın sözçüsü Liu Peicheng Reuters"ə açıqlamasında bildirib ki, peyvənd olunan insanların qan nümunələrinə əsaslanan ilkin nəticələr "Delta" variantına qarşı neytrallaşdırıcı təsirinin üç qat azaldığını göstərib.
"Peicheng" vaksinin üçüncü dozası haqqında danışarkən qeyd edib ki, üçüncü doza tətbiqi "Delta" variantına qarşı daha güclü və daha davamlı antikor reaksiyasına səbəb olacaq.
"Moderna" vaksinin də "Delta" əleyhinə təsirliliyi açıqlanıb. Vaksini istehsal edən şirkət peyvəndin ikinci dozasını aldıqdan bir həftə sonra səkkiz xəstədən qan nümunələri götürüb. Məlum olub ki, qanda olan antikor səviyyələri "Delta" ştammına qarşı cəmi 2.1 dəfə azalıb.
Çap