Millimizin və "Legiya"nın üzvü Mahir Emreli Avropa Liqasının pley-off mərhələsinin "Slaviya" ilə Çexiyada keçirilən oyununda gözəl jestlə yadda qalıb. Qol.az xəbər verir ki, əvvəlcə 24 yaşlı hücumçunun start heyətdə meydana çıxması planlaşdırılmayıb. Lakin ilk 11-likdə yer alacağı gözlənilən çexiyalı hücumçu Tomaş Pekhart isinmə hərəkətlərində zədələnib. Bu səbəbdən də protokolda dəyişiklik edilib və Emreli Pekhartın əvəzinə start heyətdə yer alıb. Mahir 20-ci dəqiqədə vurduğu baxımlı qoldan sonra sevincini məhz zədələnən komanda yoldaşı Tomaş Pekhartı qucaqlayaraq qeyd edib.