Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu gənclik illərində Şaxta baba paltarı geyinərək pul qazandığını etiraf edib.Musiqiçi bu barədə özü instsqramda məlumat verib. O, arxiv şəklini paylaşaraq pulla küçədə uşaqlarla şəkil çəkdirdiyini yazıb:
"Yeni ili ən çox gözləyən uşaqlardan biri də mən idim: Şaxta baba paltarını geyinib, şəkil çəkdirərək, pul qazanıb, ailəmi saxlayım. Yayda isə dondurma satırdım. Heç vaxt keçmişimi unutmuram. Həyat belədir. Hər şeyi edən yaradandır. Şükür olsun bu və keçmiş günlərimə. Həyat qəribəliklərlə doludur. Şəkildə 15 yaşım var".(publika.az)
Çap