Menu
20 iyl 17:30XƏBƏR LENTİ / Gündəm

Şuşada bayram günü qurbanlar kəsildi FOTO

Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Bayram tədbirində çıxış edən komandir heyəti hərbi qulluqçulara bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərinin çatdırıb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıblar.
Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.
Bayram mərasimi şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə sona çatıb.









Facebook
Bizim Facebook səhifəmizə abunə olun

Çap
Oxşar xəbərlər:
"> Prezident İlham Əliyev Şuşada xalqa müraciət edib - Video, mətn "> Şuşada DTX-nın yeni inzibati binasının açılışı olub - VİDEO "> Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirdi- RƏSMİ "> Müdafiə Naziri Zakir Həsənov orduya döyüşə hazır olmağı tapşırıb "> Azərbaycan və Türkiyə görünməmiş hərbi təlimlərə başlayır-Naxçıvandan Kürdəmirədək
Komment Əlavə et
Adınız:
E-Mail:
Şifrə:
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: