Menu
11 iyl 16:12XƏBƏR LENTİ / Hadisə

Bakıda “Ukrayna dairəsi”ni su basdı - VİDEO

"Ukrayna dairəsi" yaxınlığında kanalizasiya xəttinin sıradan çıxması nəticəsində daşqın olub və Gəncə prospekti maşınlar üçün keçilməz hala düşüb.
"Sputnik Azərbaycan"a istinadən xəbər veririk ki, bu gün səhər saatlarında Bakının Əhmədli qəsəbəsində, Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkının və yeni tikilmiş ASAN Xidmət Mərkəzinin yanında, Gəncə prospektində dəhşətli tıxac yaranıb.
İlkin ehtimala görə, tıxaca səbəb kanalizasiya xəttinin sıradan çıxması nəticəsində yolu su basması olub.
Getdikcə artan su səbəbindən yol minik maşınları üçün keçilməz hala düşüb. İndiyə qədər bölgəyə qəza xidməti yaxınlaşmayıb.
Qeyd edək ki, sözügedən ərazidə xüsusilə yağış yağan zaman tez-tez bu hal müşahidə edilir.

Çap
fun
As the Nike Air Force 1 Low‘s 40th anniversary inches closer, the silhouette has begun experimenting without limitations. Best Online Shoe Blog

Komment Əlavə et