"Ölkə.Az" xəbər verir ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayonu ərazisində Nüydü kənd sakini, əvvəllər məhkum olunmuş R.Əsgərov S.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə tələb etdiyi 13.000 manat pulu alarkən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ölkə.Az