Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov Novosibirskidə qətlə yetirilmiş azərbaycanlı Vəkil Abdullayevin işi ilə bağlı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə danışıb.Xeberimvar.az xəbər verir ki, barədə
Musavat.com-un müvafiq sorğusuna cavab olaraq, İlham Rəhimov özü məlumat verib. Onun verdiyi məlumata görə, Novosibirskdə yol polisi Aleksandr Qusev tərəfindən qətlə yetirilən Vəkil Abdullayevlə bağlı baş verənlər hər bir azərbaycanlı kimi onu da narahat edir. Buna və ölkə ictimaiyyətinin getdikcə artan narazılığına görə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə danışıb.
Qeyd edək ki, A. Bastrıkin və onun təmsil etdiyi ölkə də Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının üzvüdür.
Vəkil Abdullayevin Qusev tərəfindən qətlə yetirilmə anı
İlham Rəhimov: “Aleksandr Bastrıkinlə söhbət zamanı ilk öncə aydınlaşdırdım ki, Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı Vəkil Abdullayevi ölümcül yaralamış Aleksandr Qusevin barəsində cinayət işi xətm olunmayıb, davam edir. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı ilə əvəz olunub. Bunun qarşılığında mən də xahiş etdim ki, əgər belədirsə, bu cinayət işi üzrə saxlanılan iki azərbaycanlının da barəsində həbs qətimkan tədbiri dəyişdirilsin, onlara da Qusevlə eyni hüquqi prosedur tətbiq olunsun. Bastrıkin mənə söylədi ki, bu işin həssaslığının fərqindədir və onunla şəxsən özü məşğul olur. Mən Azərbaycan ictimaiyyətinin narahatlığını, Rusiya prezidenti Vladimir Putinə müraciəti onun diqqətinə çatdırdım. Məlum oldu ki, bunlar barədə özünün də məlumatı var. Cinayət işinin obyektiv və ədalətli aparılacağı barədə söz verdi”.
Mərhum soydaşımız, 19 yaşlı Vəkil Abdullayev
Professor İlham Rəhimovun qənaətinə görə, Rusiya İstintaq Komitəsinin rəhbəri A. Bastrıkinlə bu telefon danışığı öz nəticəsini sabahdan etibarən verəcək: “Mən inanıram ki, günü sabahdan etibarən bu cinayət işində pozitiv istiqamətlər artacaq. İlk öncə, barələrində həbs qətimkan tədbiri seçilmiş iki soydaşımızın həbsdən çıxmasına nail ola bilərik. Daha sonra isə cinayət işinin ədalətli və qərəzsiz araşdırılmasının təmin olunması üçün əlimdən gələni edəcəyəm ”.
Xəbərin hazırlandığı zaman maraqlı bir gəlişmə də yaşandı. Bu dəfə A. Bastrıkin telefonla İlham Rəhimovu geri arayaraq, bəzi məsələləri dəqiqləşdirdiyini bildirib, öz əməkdaşlarına həbsdəki azərbaycanlılarla bağlı müvafiq tapşırıqlar verdiyini söyləyib, həftənin 1-ci günündən - yəni günü sabahdan etibarən bu işlə daha yaxından və bilavasitə məşğul olacağını ifadə
edib.
Çap