"Domino's Azerbaijan" şirkətinin kuryeri qəzada dünyasını dəyişb.
Musavat.com xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsinin ən aktiv qruplarından olan "Müştəriyəm şikayətim var"da məlumat paylaşılıb.
Məlumatda bildirilir ki, kuriyer dünən günorta saatlarında sifariş aparan zaman qəzaya uğrayıb və hadisə yerində dünyasını dəyişib.
Qəza ilə bağlı müştərilərin çoxsaylı şikayəti yaranıb və onlar "Domino's Azerbaijan"ın 30 dəqiqəyə pizza çatdırmaqla bağlı kampaniyasının ləğvini tələb edirlər.
Yüzlərlə müştəri şirkətin sosial şəbəkə hesabına yazaraq bu kampaniyanın ləğvini tələb edir. Bir çoxları isə artıq kampaniya ləğv edilənə qədər şirkətin xidmətlərini boykot etdiklərini yazıblar.
Bildirilir ki, şirkət "sifariş 30 dəqiqədən gec çatdırılsa, ödəniş etmirsiniz" şüarı ilə kampaniya təşkil edərək, kuriyerləri ünvana tez çatmağa məcbur edir. Bu isə motosikletlərlə sifariş ünvanına gedən kuriyerlərin həyatını riskə atır. Şirkət kuriyerləri məcbur edir ki, sifarişi vaxtında çatdırsın və ödənişi alsın.
Müştərilər hətta şirkəti qatil olmaqda da suçlayır. Şirkət çoxsaylı şikayətlərə hələlik cavab verməyib.
Musavat.com
Çap