Menu
03 iyn 08:38XƏBƏR LENTİ / Gündəm

Yalnız bu şəxslər məscidlərə gedə biləcək - QƏRAR

Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)  mətbuat xidmətindən  verilən məlumata görə, dini ibadətlər (dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə)) təşkil edilməlidir.
Bildirilib ki, azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.
İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVİD-19 pasportuna malik olan şəxslər içəri buraxılmalı və onların tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.(olke.az)
Çap
ha
He’s launched a Discord Server where updates will be given for how to purchase his first NFTs — assuming, of course, that Nike isn’t able to shut it down the sale before it even gets going. Sneaker Online Blog

Komment Əlavə et