Menu
07 okt 01:06XƏBƏR LENTİ / Xarici

“Bu qədər sərvət yığmaq ədalətli deyil...” - Mark Zukerberq

Dünyada ən populyar sosial şəbəkə olan "Facebook"un sahibi və baş direktoru Mark Zukerberq ABŞ prezidentliyinə keçmiş iddiaçı Bernie Sanderin bu mövqeyi ilə razıdır ki, dünyada milyarderlər olmalı deyil.
Zukeberq öz əməkdaşları ilə sual-cavab axşamında söhbətləşib. Suallardan biri belə olub: “Siz demokratların prezidentliyə namizədi olmuş Sandersin dünyada milyarderlərin mövcudluğunun düzgün olmadığı haqda sözlərinə necə yanaşırsınız?”
Bernie Sanders belə fikirlə özünün Tvitter-bloqunda çıxış etmişdi.

“Heç kimin bu qədər pula sahib olmağa haqqı yoxdur. Mən düşünürəm ki, nəsə yaxşı iş gördüyünüz üçün mükafatlandırılmalısınız, amma bu qədər sərvət cəmləmək məqsədyönlü və ədalətli deyil”, -Mark Zukerberq bildirib.
Zukerberq bu yaxınlarda 40 yaşdan gənc ən varlı amerikalı elan edilib. “Forbes”in hesablamalarına görə onun kapitalı 70 milyard dollara yaxındır.

"Facebook"un sahibi suala cavabında əlavə edib ki, onun indiki statusu xeyriyyəçiliklə məşğul olmaq üçün yaxşı imkan yaradır. O, pullarını gələcəkdə xəstəliklərin kökünü kəsmək üçün xanımı ilə birlikdə yaratdığı investisiya fonduna yatırır. Zukeber hesab edir ki, belə təşəbbüslərin dövlət tərəfindən maliyyələşdirilməsi onların inkişafı sürətini ləngidərdi, yaxud ümumiyyətlə belə layihələr mümkün olmazdı. (Virtualaz.org)
Çap
Komment Əlavə et