“İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Təyyarələrimiz Yaxın Şərqdə və təbii ki, İranın da istənilən nöqtəsinə uça bilər”.
“Ölkə.Az” xəbər verir ki, bunu İsrailin kəşfiyyat naziri Eli Koen “Reuters”ə müsahibəsində bəyan edib.
İranın nüvə sazişinin yeniləməsi ilə bağlı məsələyə aydınlıq gətirən israilli nazir deyib ki, hər hansı pis razılaşma bölgəni müharibəyə sürükləyə bilər: “Qısamüddətli fayda axtaran hər kəs mütləq uzunmüddətli faydaya diqqət yetirməlidir. Onsuz da İsrail İranın nüvə silahının əldə etməsinə imkan verməyəcək. Təyyarələrimiz təkcə Yaxın Şərqin deyil, həm də İranın da istənilən nöqtəsinə uça bilər”.
Çap