Menu
01 may 10:12XƏBƏR LENTİ / Gündəm

Mutant virusları necə yaranır?

Virus insandan insana keçməklə immun sisteminin mexanizmlərinin müdaxiləsi ilə qarşılaşır, bunu aradan qaldırmaq və xüsusiyyətlərini dəyişdirmək məcburiyyətində olur ki, bu da mutantları meydana gətirir.
"Ölkə.Az" Publika.az-a istinadən xəbər verir ki, bu barədə virusoloq Viktor Zuev RT-yə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, vaksin potensial olaraq COVID-19-un yeni mutasiyalarının qarşısını almaq qabiliyyətinə malikdir və bununla əlaqədar olaraq vaksinasiya işlərini gücləndirmək lazımdır.
“Cənubi Afrika və Britaniya ştammının olduğunu bilirik. İndiyə qədər bütün xəstəliklərin qarşısı peyvəndlərlə alınıb. Bundan sonra nə olacağını zaman göstərəcək. Məsələ ondadır ki, bəşəriyyət hələ virus infeksiyalarına qarşı peyvənddən daha təsirli bir vasitə düşünməyib”, - ekspert bildirib.
Qeyd edək ki, Hindistanda bir gündə koronavirusa yoluxma sayına görə rekord rəqəmlər qeydə alınıb. Ölkə virusa yoluxma faktına görə dünyada birinci yerdədir.
Çap
sad
A purple resin lace deubré sits at the bottom of the laces while a translucent turquoise hue hits the tongue tab. Shoes Sale Blog

Komment Əlavə et