Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev Ermənistan parlamentinin əməkdaşı Lilit Gyozalyanın təhdidinə məruz qalıb.Bu barədə T.Gəncəliyevin özü məlumat verib.
“Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edir. Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür” , - icma sədri vurğulayıb.(teleqraf.com)
Müəllif: Teleqraf.com
Çap