Özünü videobloger kimi təqdim edən Ata Abdullayev saxlanılıb.
Sabah.az-ın məlumatına görə, Ata Abdullayev bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Ata Abdullayevin hansı maddə ilə ittiham olunduğu hələlik bəlli deyil.
***
Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin saxlanılması səbəbi məlum olub.
Sfera.az-ın məlumatına görə, ehtimal olunur ki, A. Abdullayev məmurları şantaj edərək külli miqdarda pul alırmış. O, çoxsaylı şikayətlər əsasında iş başında yaxalanaraq saxlanılıb.(unikal.org)
Çap