İTV əməkdaşları bu suala cavab axtarıb.
Mağazalarda zədələnmiş pulları bəzən götürmürlər. Bu halla qarşılaşan vətəndaşlar zədələnmiş pulu banka yaxınlaşaraq dəyişdirə bilər. Amma pulun 60%-i salamat olmalıdır. 1 manatdan tutmuş 200 manata kimi istənilən zədələnən pulu dəyişdirmək mümkündür.
Səthi tam olmayan əskinasların səthini müəyyənləşdirmək üçün xüsusi 200 damalı cədvəllərdən istifadə olunur.
Zədələnmiş əskinasın saxlanılan hissələri damalı cədvəlin üzərinə qoyulur, sol yuxarı künclə uyğunlaşdırılır və perimetr boyu qırmızı qələmlə konturu çəkilir, konturun daxilində qalan tam damalar sayılır, konturun xətti ilə kəsilmiş damaların sayı yarı bölünüb tam damaların sayı ilə toplanılır. Alınan damaların sayı 120-dən az olmadıqda əskinasın nominal dəyəri ödənilir.
Qüsurlu pul nişanlarını ölkənin bütün kommersiya banklarında, onların filiallarında, Mərkəzi bankda və onun regional mərkəzlərində həftəsonu və bayram günlərindən başqa istənilən gün dəyişmək olar.
Çap