Menu
09 fev 14:54XƏBƏR LENTİ / Gündəm

Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu minaya düşdü

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
Çap
Low
For a complete guide including official photos, release dates, pricing and where to buy, visit: Nike Air Force 1 Low Pur airmax98blog

Komment Əlavə et