Menu
18 yan 15:32XƏBƏR LENTİ / Gündəm

Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub

Bu gün, yanvarın 18-də Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi başladılıb.
Bakı Sağlamlıq Mərkəzində keçirilən vaksinasiya prosesində ilk olaraq Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev vaksin olunub.
Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB sədri Ramin Bayramlı vaksin edilib.
Qeyd edək ki, Azərbaycan Çin istehsalı "Sinovac" şirkətinin vaksinlərini alıb. Dünya ölkələrində olduğu kimi Azərbaycanda da peyvənd ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq.
COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:
1-ci mərhələ - Səhiyyə işçiləri;
65 yaşdan yuxarı şəxslər;
Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;
2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);
50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;
Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;
Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.(Xalidə Gəraylı)
( musavat.com.)
Çap
FUN
Look out for the Nike Air Force 1 High Vintage “Sail” to release during the spring months for $130 USD. Shoes Sale Blog

Komment Əlavə et