Menu
22 dek 20:00XƏBƏR LENTİ / Hadisə

Birinci Qarabağ müharibəsində azərbaycanlılara işgəncə verən erməni həbs edilib

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən Ermənistan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edib. Lüdviq Mkrtçyanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.
APA-nın əldə etdiyi məlumata görə, Lüdviq Mkrtçyan Birinci Qarabağ savaşında erməni əsirliyində olan azərbaycanlılara xüsusi amansızlıqla işgəncə verib. Həmin faktlar üzrə 2000-ci ildə Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Bu il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Azərbaycan Ordusu bir qrup erməni hərbçini əsir götürüb. Həmin əsirlərin içərisində Lüdviq Mkrtçyan da olub.
İstintaq tərəfindən dindirilən Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara işgəncələr verdiyini etiraf edib. Hətta Birinci Qarabağ müharibəsində erməni əsirliyində olmuş və qaytarılmış bir neçə azərbaycanlı hərbçi də üzləşmə zamanı Lüdviq Mkrtçyanı tanıyıb.
Hazırda Hərbi Prokurorluqda başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.
Çap
Designed for basketball use, both high and low-top renditions of the Dunk became staple choices for basketballers of the era. Nike kobe reviews

Komment Əlavə et