Cənubi Afrikada aşkar edilən koronavirus mutasiyası təhlükəli deyil. “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə virusoloq Aleksandr Çepurnov bildirib.
Onun sözlərinə görə, bu, yalnız infeksiyanın sürətlənmiş yayılmasına kömək edib.
“Bu, xoşagəlməz şeydir, ancaq bu mutasiya peyvəndləri təhdid etmir”, - həkim söyləyib.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Sergey Netesov da onunla razılaşıb. Alim hesab edir ki, dəyişikliklər peyvənd immunitetini virusla aradan qaldırmaq üçün əhəmiyyətli təsir göstərmədiyi üçün yeni mutasiyaya fikir vermək lazım deyil.
Qeyd edək ki, cənubi afrikalı genetiklər ölkə üçün yeni koronavirus mutasiyasının aşkar oldunduğunun bildiriblər.
Daha əvvəl isə bir sıra başqa ölkələrdə, o cümlədən Böyük Britaniya və Avstraliyada virusun yeni mutasiyası barədə bildirilmişdi.(report.az)
Çap