Menu
30 sen 00:23XƏBƏR LENTİ / Gündəm

Bakıda 11 yaşlı qızın diri-diri yanaraq ölməsi barədə YENİ FAKTLAR

Ötən gecə Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı bəzi məqamlar üzə çıxıb.
Hadisə Biləcəri qəsəbəsinin Keyrəki vulkanının yaxınlığındakı hissəsində - yeni tikilmiş 30 kvadrat metrlik evdə baş verib. Hələlik dəqiqləşməyən səbəbdən evi ani olaraq alov bürüyüb. Ailə üzvləri tez qaçaraq mənzili tərk etsə də, 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızı çölə çıxa bilməyib. Ətrafdakı şəxslər su tökərək yanğını söndürməyə cəhd etsə də, nəticəsi olmayıb və taxta-plastik materiallardan tikilən ev qısa müddətdə yanıb. Ev sahibinin 11 yaşlı qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Fakta bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.(publika.az)
Online film
Çap
Komment Əlavə et