Menu
11 noy 15:29XƏBƏR LENTİ / Gündəm

Ərdoğan: "Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında müqavilə imzalayıb"

“İşğal altındakı ərazilərin və Dağlıq Qarabağın bütövlükdə işğal altından azad olunması münasibətilə qardaşım İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əldə olunan razılaşmaya görə, Qarabağın qalan qismi də Azərbaycana təhvil veriləcək. Razılaşmaya görə, Ermənistan Kəlbəcəri 15 noyabradək, Ağdam və Qazax rayonlarını 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarmalıdır. Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətti təmin ediləcək və bu məqsədlə yol çəkiləcək. Eyni zamanda Xankəndi ilə Ermənistan arasında yol çəkiləcək. Türkiyə razılaşmanın tətbiq edilməsini müşahidə və nəzarət etmək üçün bölgədə qurulacaq ortaq sülhməramlı qüvvələr arasında Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq”, - Türkiyə prezidenti qeyd edib.(report.az)
Çap
Oxşar xəbərlər:
"> Azərbaycan və Türkiyə görünməmiş hərbi təlimlərə başlayır-Naxçıvandan Kürdəmirədək "> Eldar Namazov: “Azərbaycanı 1 il ərzində 4 ciddi risk gözləyir" "> "SMS-lə icazə ləğv edilir" - Xüsusi karantin rejimiminin daha bir qismi yumşaldıldı "> Yeni “qaz müharibəsi” başladı, “timsahlar” hücuma keçdi, Türkiyə və Azərbaycan.. "> Prezident: "Təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir"
Komment Əlavə et
Adınız:
E-Mail:
Şifrə:
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: