Menu
10 noy 21:37XƏBƏR LENTİ / Hadisə

Xanda ölə bilər, ulağıda...

Qəzənfər Həmidoğlu
Kimsə görmək istəməyən qədər kor deyil.
Kimsə eşitmək istəməyən qədər kar deyil.
Kimsə özünü aldatan qədər abdal deyil. Şuşayadək əsgərlərimizin canı və qanı bahasına gəldik. Amma başqa planetdə deyil, bu dünyada gəldik. O dünyada ki Rusiya yapışdığını 200 ildir zəli kimi sorur.
Savaşın durdurulmasını rus helikopterinin düşürülməsinin nəticəsi və ya rusların qəfil araya girməsi kimi dəyərləndirənlərə yalnız təəssüf etmək olar.
İki prezident və bir baş nazirin imzaladığı bəyanat bir günün məhsulu kimi görünmür. Bu sənədin ortaya çıxmasında Ərdoğanın rolunu görməmək mümkün deyil. Şuşa azad edikdikdən sonra Mövlud Çavuşoğlu və Hulisi Akar dərhal Bakıya gəldilər. Ərdoğan isə noyabrın 9-da belə bəyan etmişdi: “İnşaallah qısa müddətdə başda Kəlbəcər və Laçın olmaqla işğal altındakı digər torpaqlar da sahiblərinə qaytarılacaq”.
Müharibə siyasətin başqa yollarla davamıdırsa (Karl fon Klauzevits), siyasət fürsətlər sənətidir (Otto fon Bismark).
Münbit tarixi şərait və şərtlər zəminində 44 günlük fürsətləri dəyərləndirdik və halal Qələbəmizi qazandıq. Bu 44 gündə biz ruhən yüksəldik, qürurlandıq, yumruq kimi bir olduq. Fərqli mülahizələrlə, polemikalarla yenidən öz hücrələrimizə dağılsaq, fərsizlik kompleksinə yuvarlansaq, yazıq olarıq. Mübahisə edək, dartışaq, amma düşmənçiliyə yuvarlanmayaq.
Bu sənədlə ərazi bütövlüyümüzü bərpa edirik, kimsəyə status vermirik, Naxçıvana, ordan da Türkiyəyə dəhliz sahibi oluruq.
1900 rus sülhməramlısına gəldikdə isə, moldovan, Ukrayna və gürcü təcrübələrindən fərqli olaraq Azərbaycan təkbaşına deyil. Ordumuzun döyüş qabiliyyəti də artıq fərqlidir:Bu, Qalib Ordudur.
Və 5 ilə xan da ölə bilər, ulağı da – Rusiya beynəlxalq arenada sıxışdlrılır, Putinlə Bayden bir-birlərini yeyəcəklər. Ermənilər isə Ermənistandan qaçırlar, indiki halları ilə Xankəndidə necə duruş gətirəcəklər?
Yeri gəlmişkən, bu gün İlham Əliyevlə Ərdoğanın telefon söhbətində Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə BİR-BİRİNİ təbrik ediblər.
Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub…
Türklər 100 ildən sonra regiona qayıdırlarsa, 4-5 ildən sonra Gümrüdən vurub, İrəvandan çlxacaqlar…(turkustan.info)
Çap
Finally, the highlight red accent is scattered throughout and prominent on the Air Max heel unit, while white branding on the tongue and heel round out the design.

 Online Shoes Website

Komment Əlavə et