Menu
29 sen 00:26XƏBƏR LENTİ / Gündəm

Paltaryuyan maşının qənaət rejimindən istifadə təhlükəlidir

Paltaryuyan maşınların qənaət rejimindən (eko rejim) istifadə sağlamlıq üçün ciddi təhlükə yaradır. Belə ki, bu rejimdə paltar yuma zamanı təhlükəli bakteriyalar məhv olmur.
Bu barədə alman və britaniyalı alimlərin birgə araşdırmalarının nəticəsini “Applied and Environmental Microbiology” jurnalında dərc ediblər.
Alimlər hesab edir ki, yuyucu toz üçün nəzərdə tutulmuş qabda və paltaryuyan maşının barabanını əhatə edən rezin hissədə çoxlu sayda “Klebsiella oxytoca” adlı bakteriya növü yaşayır ki, onlar az temperaturlu yuma zamanı məhv olmurlar. Həmin bakteriyalar insanın həzm sistemində problemlərə səbəb ola bilərlər.
Alimlər bu nəticəyə Bonn şəhərində (Almaniya) yerləşən bir xəstəxanada baş vermiş epidemiyanın səbəblərini öyrənərkən gəliblər. Məlum olub ki, xəstəxananın əməkdaşları bütün geyimləri və yataq ağlarını paltaryuyan maşının qənaət rejimində yuyurmuşlar.(oxu.az)
Çap
Komment Əlavə et