Menu
29 okt 09:34XƏBƏR LENTİ / Gündəm

McDonald's-dan absurd izah

"McDonald's"ın Azərbaycan nümayəndəliyi Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlara başlamasından sonra sosial media hesablarında Ordumuza dəstək məqsədi ilə yaydığı postları və paylaşımları silib.
Azərbaycanda tanınmış və xeyli sayda müştərisi olan "McDonald's"ın bu addımı narazılıqla qarşılanıb. Eyni addımı "Burgerking" şirkəti də atıb. Sosial şəbəkələrdə hər iki şirkətin boykot edilməsi ilə bağlı paylaşımlar böyük sürətlə yayılır.
Qeyd edək ki, adı çəkilən şirkətlər həmin paylaşımları ermənilərin kütləvi narazılığından sonra siliblər.
"McDonald's"ın bu məsələ ilə bağlı verdiyi açıqlama da narazılığı aradan qaldırmaq üçün kifayət etməyib.
Şirkət paylaşımları silməsini "əsas amalımız insanları qida ilə təmin etməkdir" kimi absurd fikirlə izah etməyə çalışıb.
(teleqraf.com)
Çap
From the Air Max G to the Air Zoom Infinity Tour, Nike have produced a number of impressive and popular shoe models and you need to take a look ahead of this Autumn. Designer Shoes Online

Komment Əlavə et