[hide][/hide]Paşinyan deyib ki, ağrılı kompromislərə razıyıq, amma kapitulyasiyaya yox – Prezident demiş, bəs nə oldu, yallı gedirdin, "Qarabağ Ermənistandlr. Nöqtə”, deyirdin, nə oldu indi?! Bəs deyirdin vermirəm, torpağı yəni?!Paşinyan, "qırmızı cizgimizə yaxın kompromis”, deyib – belə anladım ki, daha Dağlıq Qarabağın müstəqilliyinə heç özü də inanmır, yüksək status istəyir – qulağınızın dibini görərsiz, bitdi özəl status məsələsi!
Amma ən maraqlı məqam başqa idi – Paşinyan sonda deyir ki, gör dünya nə günə qalıb ki, Moskva, Paris, Vaşinqton Azərbaycanı dayandıra bilmir – xeyli güldüm, adam hələ də anlamır ki, Bakı elə de-fakto ittifaqlar qurub ki, hər təzyiq elementinə qarşı iki əks-təzyiq elementi işə düşür! Və de-fakto ittifaq üzvləri Parislə də, Vaşinqtonla da, Moskva ilə də ayrıca danışırlar!
Erməni saytlarının forumlarında Paşinyanın, "ağrılı güzəştlərə hazırıq”, sözlərini topa tutublar – deyirlər ki, nə deyirsən, 7 rayonu qaytaraq Azərbaycana?! Olmaz, qaytarmayacağıq!
Bunlar xəstədilər, dəlidilər, nədilər, artıq 4 rayon qayıdıb, 2-3 günə daha 2 rayonu azad edəcəyik, qalır Ağdam – onu da Ordumuz "bezkraska” alacaq! Nə 7 rayon, nə qaytarmırıq?!
Natiq Cəfərli
REAL funksioneri
Çap