Menu
19 okt 22:55XƏBƏR LENTİ / Gündəm

ABŞ Dövlət katibi Qarabağ münaqişəsinə müdaxilə edir

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcəklər. Bu barədə  POLITICO nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ceyhun Bayramov və Zohrab Mnatsakanyanın Vaşinqtonda təkbətək görüşünün olub-olmayacağı məlum deyil: “Lakin onların eyni gündə Vaşinqtona səfəri göstərir ki, ABŞ konfliktin yumşalması üçün fəaliyyətini aktivləşdirir”.
POLITICO-nun tanış ola bildiyi rəsmi sənədlər görə, C.Bayramov dövlət katibi ilə cümə günü səhər, Z.Mnatsakanyan isə ondan sonra görüşəcək
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov nəşrə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda olduqları müddətdə təkbətək görüşmələrini də istisna etməyib.(musavat.com)
Çap
TOM
The atmos-Exclusive Nike Air Max Plus ($160) is now up for grabs at atmos-tokyo.com. Shoe Finder

Komment Əlavə et