Mərhum meyxanaçı Ağasəlim Çıldağ barədə sosial şəbəkədə iddialar yayılıb.
Musavat.com xəbər verir ki, meyxanaçının İsveçdə Yusif adlı oğlunun yaşadığı bildirilir. Yusifin Ağasəlim Çıldağın nikahdankənar eşq yaşadığı xanımdan dünyaya gələn övladı olduğu iddia edilir.
Həmin gənc tatu ustasıdır və İsveçdə Josef adı ilə məşhurdur. Yusifin izləyicilərinin sayı 300 minə yaxındır.
Josefin tatulu fotoları maraqla qarşılanıb və sosial şəbəkədə sürətlə yayılıb.
Qeyd edək ki, Ağasəlim Çıldaq 2008-ci ildə şəkər xəstəliyindən dünyasını dəyişib. Onun rəsmi nikahdan iki qızı var.
Çap