Ermənistan silahlı qüvvələrinin gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə işləri davam etdirilir.
Bir qədər əvvəl dağıntılar altından 1 qadının meyiti çıxarılıb. Hazırda dağıntılar altında sağ qalma ehtimalları olan ər-arvadın xilasetmə işləri aparılır.
Belə məlumatlar var ki, bina düşmən raketinin zərbəsinə məruz qalandan sonra ər-arvad zirzəmiyə düşə bilib. Zirzəmidən telefon vasitəsi ilə bu haqda müvafiq orqanlara məlumat veriblər.
Hazırda axtarışlar davam edir.(musavat.com)
Çap