Menu
10 okt 23:46XƏBƏR LENTİ / Gündəm

Deputat Erkin Qədirli: Şəraitin belə kəskin dəyişməsi atəşkəsin ömrünü qısa edəcək.

“Şəraitin belə kəskin dəyişməsi istənilən atəşkəsin ömrünü qısa edəcək”.
 Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış yeni situasiya haqda danışan deputat Erkin Qədirli belə deyib. Millət vəkili Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşə də diqqət çəkib:
“Uzunmüddətli atəşkəsin baş tutacağı mümkün görünmür. Bunu mümkünsüz edən sistem amilləri var. Şəraitin kəskin dəyişməsi Bişkek anlaşmasıyla müqayisəni yersiz edir.
Ordumuz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə girib - həm şimaldan, həm cənubdan. Üstəlik, Murovu götürüb. Şəraitin belə kəskin dəyişməsi istənilən atəşkəsin ömrünü qısa edəcək. Ermənilər bizi keçmiş DQMV-nin ərazisindən çıxarmağa, ordumuz isə onun içinə daha dərinə getməyə çalışacaq.
Moskvada 10 saatlıq görüşdən sonra belə yüngül, dəfələrlə işlədilmiş sözlərdən ibarət bir mətn çıxıbsa, deməli, əsas məsələləri razılaşdıra bilməyiblər. Həmin mətnin altında da kimsənin imzası yoxdur”.
Çap
According to NBC News, Nike announced that it is delaying the release of a collective collaboration sneaker between the sports apparel company and Scott. Stylish Shoes

Komment Əlavə et