Menu
10 okt 21:44XƏBƏR LENTİ / Hadisə

Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu tələyə salınaraq məhv edildi

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib.
“Report” xəbər verir ki, A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.
O, separatçı rejim tərəfindən dinc azərbaycanlıları qətlə yetirdiyinə görə “Döyüş xaçı” ilə “təltif edilib”.
Aprel döyüşlərində də iştirak edən “Saşik” ləqəbli terrorçu separatçıların başçısı Araik Arutyunyanın yaxın dostu olub. Onun “ASALA” terror təşkilatının üzvü olduğu bildirilir.
Terrorçu düşmən ordusu tərəfindən Hardrut qəsəbəsinə edilən hücum zamanı Azərbaycan hərbçiləri tərəfindən tələyə salınaraq məhv edilib.
Çap
White Nike branding on the insoles, tongues, and side panels, and the signature “Tn AIR” branding on the heels wrap up the design on this Nike Air Max Plus that will be making its way to select retailers soon for $160. Buy Shoes

Komment Əlavə et