Menu
05 okt 22:21XƏBƏR LENTİ / Gündəm

Ərdoğan Azərbaycana dəstək vermək üçün dünya dövlətlərinə müraciət etdi

“Beynəlxalq ictimaiyyət Qarabağın ermənilər tərəfindən işğal edilməsinə, təəssüf ki, səssiz qalmışdı. Qarabağda baş verənlər sadəcə işğal deyil, həm də qətliam idi”.
“Report” xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“ATƏT-in Minsk qrupu problemi nizamlamaq əvəzinə, onu həlsizliyə aparıb. Minsk qrupu bu problemi gözardı etdiyi üçün bu vəziyyət yaranıb. Ermənistan yenidən Azərbaycan ərazisinə hücum etdikdən sonra gözləmədiyi reaksiya ilə qarşılaşdı. Hazırda Qarabağda bir çox yerlər işğaldan azad olunub. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın yanındayıq. Azərbaycanın mübarizəsinə dəstək vermək bütün qürurlu dövlətlərin borcudur. Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı sülh və əmin-amanlığa qovuşması mümkün deyil. Zəfərədək azərbaycanlı qardaşlarımızın yanındayıq”, - dövlət başçısı vurğulayıb.
Çap
FUN
The average resale price of Nike Dunks on StockX fell from over $400 to just over $200 from April 2020 to April 2021. Cheap Designer Shoes

Komment Əlavə et