Menu
12 sen 09:12XƏBƏR LENTİ / Hadisə

15 yaşlı qızı hamilə buraxan müəllimlə bağlı qərar ləğv edildi

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərarından apellyasiya şikayəti təmin olunub.
 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Qadn və uşaq sığınacağı” səhifəsindən bununla bağlı status yazıb:
“Əziz dostlar, sizinlə bir məlumatı bölüşmək istəyirik. Xatırlayırsınızsa, azyaşlı qızımızın hamilə qalmasına səbəb olan və ona qarşı zorakılıq edən müəllimə qarşı Lerik rayon məhkəməsi tərəfindən cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hamımızda təəssüf hissi doğurmuşdu.
Həmin məsələni ictimailəşdirdikdən sonra Milli Məclisin sədr müavini Adil Əliyev qeyd olunan məsələni nəzarətə götürmüş və zərərçəkəni öz hesabına vəkillə təmin etmişdi. İş üzrə şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmənin bugünki qərarı ilə Lerik rayon məhkəməsinin təyin etdiyi hökm ləğv edilmiş, iş qanunvericiliyin tələbinə uyğun olaraq, yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarılmışdır.Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirik!”
Çap
Although it dons a sort of performance-looking aesthetic, it is made exclusively for more athleisure-type wear and not for running. Sports Shoes

Komment Əlavə et