Menu
08 sen 09:11XƏBƏR LENTİ / Xarici

Ərdoğan Avropaya meydan oxudu: "Son 4 ildə hərbi əməliyyatlarımızı araşdırsınlar..."

"Vətəndaşlarının təhlükəsizliyini və rifahını riskə ataraq, Türkiyənin qarşısında duranlara açıq söyləyirəm. Məqamı yetişəndə, qorxuram ki, bədəlini ağır ödəməzlər".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhurbaşqanlığı iqamətgahındakı toplantıdan sonra etidiyi çıxışında bildirib.
Onun sözlərinə görə, hər cür diplomatik və hüquqi əsasları heçə sayanlar, güc nümayişi ilə nəticə əldə etməyi düşünənlər qarşılarında başqa bir Türkiyənin olduğunu gördülər. Siyasi, hərbi və iqtisadi sahələrdə qazandığımız uğurlar sayəsində ölkə, millət olaraq haqqımızı, hüququmuzu, maraqlarımızı bütün istiqamətlərdə qorumaq imkanı əldə etdik.
Türkiyə istiqlalını qorumaq üçün lazım olarsa, diplomatiyadan hərbi gücə qədər bütün imkanlarından istifadə edə biləcəyi üçün bu qədər diqqətə alınır. Son günlər şərqi Aralıq dənizi və Egedə tarixdən dərs almadan, Türkiyənin haqqını və hüququnu heçə sayanlar gec-tez bu gerçəyi qəbul edəcəklər. Vətəndaşlarının təhlükəsizliyini və rifahını təhlükəyə ataraq, Türkiyənin qarşısında duranlara açıq söyləyirəm. Məqamı yetişəndə, qorxuram ki, bədəlini ağır ödəməzlər. Bizimlə masaya oturmaq əvəzinə sınıq-salxaq hərbi gücləri ilə danışanlara, tarixi kənara qoyuram, ən azından son 4 ildə diplomatik fəaliyyətimizi və hərbi əməliyyatlarımızı araşdırmalarını tövsiyə edirəm".(teleqraf.com)
Çap
fun
Women’s saw double-digit percentage sales growth of for Nike in 2019, according to the brand’s earnings, which Parker attributed to female customers’ interest in its seasonal capsule collections. SB DUCK LOW BLOG

Komment Əlavə et