Paytaxtın Həsən Əliyev küçəsində yaşayış binasının üstünə kran aşıb. FHN-dən verilən məlumata görə, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Bildirilib ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.(musavat.com) Hadisə yerindən videonu təqdim edirik: