Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin karantin dövründə keçirilən toyunda iştirak edən keçmiş və indiki məmurların cəzalandırılması davam edir.Daxil olan məlumata görə, toyda iştirak edən BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə qanunu pozduqlarına görə hər biri 400 manat cərimələniblər.
Əldə etdiyimiz məlumata görə, ötən gün hər üç şəxs polis bölməsinə aparılıb və onların izahatı alınıb. Adıçəkilən şəxslər qanunu pozduqlarını etiraf ediblər. Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.
Məlumatı DİN-nin mətbuat xidməti Musavat.com-a təsdiqləyib.(musavat.com)
Çap