Xəbər verdiyimiz kimi ötən gün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev karantin qaydalarını pozaraq qızı üçün toy mərasimi təşkil etmişdi.Eks-deputat təşkil etdiyi toy məclisinə görə məhkəmə qarşısında cavab verəcək.
Toy sahibləri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə gətirilib. Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən cərimələnəcəyi ehtimal edilir. Saat 12:00-da Abşeron rayon məhkəməsində proses başlayacaq.(teleqraf.com)
Çap