“Təbii qaz yataqlarının kəşfi Türkiyə iqtisadiyyatına və inkişafa təkan verəcək”.Bunu Avropa İttifaqının Türkiyədəki səfiri Kristian Berger deyib. O, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə həyata keçirdiyini bildirib və bunun gözəl bir xəbər olduğunu söyləyib:
“Təbii qaz yataqlarının kəşf olunması iqtisadiyyata və inkişafa təkan verəcək. Ümid edirəm ki, ən qısa vaxtda çıxarılacaq təbii qazdan istifadə etmək mümkün olacaq. Biz həmişə Türkiyənin rifah, sabitlik və demokratiya ölkəsi kimi görmək istəyirik. Ümid edirik ki, bu, Türkiyə iqtisadiyyatının inkişafına təkan verəcək bir vasitə olacaq”.
(teleqraf.com)
Çap