“Toyların və ya hər hansı yığıncaqların keçirilməsi ilə əlaqəli qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, bu qərar dövlət tərəfindən verilir: “İstər həkim olsun, istər adi vətəndaş - karantin qaydalarına riayət etmək hər birimizin borcudur. Buna həkim olaraq fikir bildirə bilərəm. Başqa tərəfdən, bu prorseslərin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən aparılır”.
Çap