Menu
15 avq 15:03XƏBƏR LENTİ / Gündəm

TƏBİB: "Təsdiq olunmuş peyvəndin tez bir zamanda alınıb Azərbaycana gətirilməsi üçün danışıqlar gedir"

“Tibbi qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi qrip peyvəndi, ikinci isə bütün dünyanı bu gün maraqlandıran COVİD-19-a qarşı olan peyvənddir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, peyvənd tamamilə zərərsiz, təsdiqlənmiş peyvənd olmalıdır: “Koronavirus xəstəliyinə qarşı istifadə olunan peyvənd ÜST tərəfindən təsdiq olunmuş peyvənd olmalıdır.
Y. Qarayevanın sözlərinə görə, ötən həftə Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansının (GAVI) onlayn formatda toplantısı keçirilib: "Azərbaycan da bu toplantıda iştirak edib. Ən tez zamanda təsdiq olunmuş peyvəndin GAVI-dən alınıb ölkəyə gətirilməsi üçün müzakirələr gedir".
Çap
Komment Əlavə et