Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib. "Lotu Quli"nin tanışları morqun önünə toplanıb.
Türkiyə mətbuatı cənazənin İstanbula aparılıb orada dəfn ediləcəyini yazıb. Lakin "qanuni oğru"nun Bakıda, Bakıxanov qəbiristanlığında dəfn ediləcəyinə dair məlumatlar var. Nadir Səlifovun yaxını Bəxtiyar Muradov jurnalistlərə, "Türk dövləti günahkarlarını mütləq tapacaq. Vuran da nəzarətdədir, sürücü də nəzarətdədir. Başqa bir şey haqqında danışmaq istəmirik" deyə bildirib.(musavat.com)
Çap