Menu
19 avq 19:58XƏBƏR LENTİ / Gündəm

Rusiyada azərbaycanlını döyən erməni məmur işdən çıxarılıb

Rusiyada Azərbaycan vətəndaşını döyərək videoya çəkən erməni əsilli məmur işdən çıxarılıb.
Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb.
"Moskvada həmyerlimizə qarşı erməni əsilli məmur Roman Şaqinyan tərəfindən edilən qanunsuzluq, alçaldıcı vəhşillik yadınızdadırmı?
157061900314175315305d9dbe7b042fa.jpg (196 KB)
Həmin o kadrların erməni KİV-də həvəslə tirajlanması isə xalqımıza qarşı illərlə davam edən erməni şovinizminin davamı idi.
Məsələyə biganə qala bilməzdik və söz verdiyim kimi dərhal Rusiyada fəaliyyət göstərən əsl vətənpərvərlər, həmyerlilərimiz olan vəkil dostlarımız Suriyyə Rzayevаya və Nəriman Ağasıyeva müraciət etdim.
Əsl peşəkarlar olan, öz həyatlarını risk altına atan dostlarımız tərəfindən dərhal bütün zəruri tədbirlər görüldü, təmənnasız qaydada hüquqi müstəvidə mübarizə aparıldı və ilk nəticə ilə sizləri sevindirmək istəyirəm.
Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan məmura yaraşmayan qanunsuz hərəkətlərinə görə cəzalandı, işdən azad olundu.
Hal-hazırda qarşımızda duran vəzifə Şaqinyanın cinayət məsuliyyətinə cəlb olunması məsələsidir. Artıq bunun üçün də dəyərli vətənpərvər vəkillərimiz tərəfindən bütün zəruri müraciətlər edilib.
Çox xoşbəxtəm ki, hörmətli dostlarımızla birgə düşmanlarımıza qarşı hüquq müharibəsində kiçik də olsa qələbə əldə etmişik.
Əsas isə odur ki, kimliyindən asılı olmayaraq, dünyanın istənilən yerində hər bir sadə azərbaycanlının hüquqlarını pozan hər kəs buna görə mütləq qanun qarşısında cavab verməli olacağına şübhə etməməlidir. Azərbaycan dövləti və onun rəhbərliyi, ölkə vəkilliyi buna heç zaman imkan verməyəcək",- deyə Anar Bağırov məlumatda bildirib.
Xatırladaq ki, bir müddət əvvəl bir çox Avropa ölkələrində Azərbaycan vətəndaşlarının keçirdiyi dinc aksiyalarda ermənilər təxribat törədərək həmvətənlərimizi vəhşicəsinə döymüşdülər.
Həmin ərəfədə erməni əsilli Roman Radikoviç Şaqinyan ermənilərə meyvə satmayan azərbaycanlını döyərək kameraya çəkmişdi. O, sonradan bu əməlinə görə üzr istəmişdi.(musavat.com)


Çap
For more contrast we see the addition of red on the Swooshes that appear on the side panels and tongue, and the shank plate on the midsole. Online Shoes Website

Komment Əlavə et