Təhsil müəssisələrinin açılması kompleks şəkildə araşdırılır.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bununla bağlı digər ölkələrin təcrübəsi öyrənilir:"Təbii ki yaxın zamanda bunun tam həlli hələ ki tezdir. Yoluxma sayının necə olacağından asılı olacaq. Eyni zamanda, qonşu ölkələrdə təhsil ocaqlarının ertələnməsi, yəni bir neçə ay sonra təxirə salınmasını düşünürlər. Biz də mövcud vəziyyətə uyğun olaraq qərar qəbul edəcəyik.
Çap