Menu
15 avq 14:43XƏBƏR LENTİ / Gündəm

Prezidentin köməkçisi toylara icazə verilməməsinin səbəbini açıqlayıb

“Toylar əmək bazarına müsbət təsir edən tendensiyadır. Həmçinin bu sahə kifayət qədər vergi tutumlu sahədir ki, dövlətin büdcəsinə də müsbət təsir göstərir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, əmək tutumluluğuna görə toyların keçirilməsi çox yaxşı olar: “Amma digər tərəfdən ölkədə epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hətta bəzilərinin emosional çıxışının da şahidi oluruq. Amma burda məsuliyyətli dövlət anlayışı da var. Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir. İqtisadi gəlirlilik, dövlət büdcəsinə daxilolmalar kimi məsələlər kənara qoyulub. Mədəniyyət xadimlərinin emosional çıxışlarını da başa düşürük. Toyların hansı məqamda keçiriləcəyi ilə bağlı indi hansısa fikir söyləmək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur”.

Çap
Komment Əlavə et