Menu
10 avq 11:45XƏBƏR LENTİ / Gündəm

Həbs edilən general həbsdən buraxılıb

Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətə görə həbs etdiyi general ev dustaqlığına buraxılıb.
Musavat.com xəbər verir ki, vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alınmasına günahlandırılan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi Ə.Nağıyev və onunla birlikdə həbs edilən şəxslər barəsində həbs qətimkan tədbiri seçmişdi. Məhkəmə iki gün əvvəl generalı ev dustaqlığına buraxıb.(musavat.com)
Çap
Komment Əlavə et