Menu
09 avq 16:27XƏBƏR LENTİ / Gündəm

Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi

Bakıda polisə soyuq silahla xəsarət yetirilib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb.
Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Hazırda hər iki şəxs həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Çap
Oxşar xəbərlər:
"> Goranboy rayonunda silahlı insident törədən polis zabiti həbs edildi "> "Mən də yol pulu vermişəm, oturacam" - metrodakı qanlı bıçaqlaşma "> Bakıda polis rəisi viskidən zəhərlənib öldü - Şok olay "> Bakıda metrostansiyada arvadını bıçaqladı şəxsdən ŞOK SÖZLƏR: "Ona dedim ki..." "> Kişi qızını “cin” bilib öldürdü
Komment Əlavə et
Adınız:
E-Mail:
Şifrə:
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: