Menu
02 avq 20:15XƏBƏR LENTİ / Gündəm

Serbiya prezidenti Ermənistana silah satdıqlarını etiraf etdi

Serbiya prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Ermənistanla müqayisədə son bir neçə ildə Azərbaycana on qat daha çox silah satmışıq.
Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Mətbuat konfransı zamanı prezident deyib: "Azərbaycan Prezidenti İlham Əliyevlə dostluq münasibətimiz var ... Həm Azərbaycanda, həm də Ermənistanda dostlarımız var. Son illər ərzində Azərbaycana on qat daha çox silah satmışıq".
Serbiya prezidenti Aleksandar Vuçiç vurğulayıb ki, Serbiyanın hərbi sənayesində 17 min nəfər çalışır. Onların iş yerini itirməsini istəmirik.
Bundan əvvəl Azərbaycan mediası son aylarda Serbiyanın Ermənistana silah satması barədə məlumat yaymışdı.
Elbəyi Həsənli, Sürix
https://news.am/eng/news/594712.html
Çap
Komment Əlavə et