Belarusda saxlanılan Rusiyanın “Vaqner” qrupunun döyüşçüləri ölkədə terror aktları törətməyə hazırlaşıblar.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov bildirib.
O qeyd edib ki, faktla bağlı cinayət işi başlanılıb.
Xatırladaq ki, ötən gün Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir.
Çap